24 
Yan
2019
10:22
14
104
1782
Virtual karabakh

Qurban Qurbanov: Hava şəraitinə görə tam istədiyim oyun olmadı

24 Yan, 2019
10:22
1782

Qurban Qurbanov: Hava şəraitinə görə tam istədiyim oyun olmadı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, “Qarabağ” klubu ötən gün Antalyada davam edən qış təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirib.

Oxu.Az-ın məlumatına görə, Ağdam təmsilçisi Polşanın “Pyast” klubu ilə 1:1 hesablı heç-heçə edib.

Baş məşqçi Qurban Qurbanov oyunla bağlı fikirlərini bildirib:

“Hava şəraitinə görə tam istədiyim oyun olmadı. Daha sürətli qarşılaşmanın keçməsini istəyirdim. Amma istənilən halda bu hava şəraiti ilə razılaşmalıyıq. Buna baxmayaraq, 90 dəqiqə planlaşdırdığımız oyunu oynaya bildik. Ola bilsin, bu gün futbolçularda bir az daha çox yüklənmə oldu, bunu da nəzərə alacağıq”.

Qeyd edək ki, “Qarabağ” sonuncu yoxlama oyununu yanvarın 26-da Ukrayna çempionu “Şaxtyor”la keçirəcək.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri