Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Qadın millimiz ilin ilk yarışı üçün Fransaya gedir - FOTO
Yanvarın 16-dan Türkiyənin Kayseri şəhərində yerli komanda və Rumıniya yığması ilə birgə təlim-məşq toplanışı keçən qadın güləşçilərimizdən ibarət millimiz 2019-cu ildə ilk yarışına çıxacaq.
Oxu.Az xəbər verir ki, fevralın 1-3-də Fransanın Nitsa şəhərində keçiriləcək Qran-Pridə ölkəmizi baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (-50 kq), Anjela Doroqan, Tatyana Vorontsova (hər ikisi -53 kq), Alyona Kolesnik (-57 kq), Tatyana Omelçenko (-59 kq), Elmira Qəmbərova (-62 kq), İrina Netreba (-65 kq), Elise Manolova (-68 kq) və Səbirə Əliyeva (-76 kq) təmsil edəcək.
Qeyd edək ki, III dərəcəli beynəlxalq hakim Bəşir İsazadə ənənəvi turnirdə ədaləti qoruyacaq.
"Fransa" teqi üzrə xəbərlər
- Fransada solçular yenidən Makronun impiçmenti prosedurunu başladıblar
- Fransa vətəndaşı: "Bu sammit qeyri-ciddi ziyarətlərin yeri deyil"
- Ermənistan Parisin Tehran ilə gizli əlaqə kanalı kimi - Fransa xəyanətinin təfərrüatı
- KİV: "Fransa və Böyük Britaniya Rusiyanın daxilinə zərbə endirməyə icazə verdi"
- Yuxunun keyfiyyətini necə yaxşılaşdırmaq olar? - Fransalı alimlərdən qeyri-adi üsul
Rəylər