27 
Fev
2019
15:15
125
22
5487
Virtual karabakh

“Real”, yoxsa “Barselona” finala çıxacaq? - PREVYU

27 Fev, 2019
15:15
5487

“Real”, yoxsa “Barselona” finala çıxacaq? - PREVYU

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün İspaniyada mövsümün üçüncü “El Klasiko”su baş tutacaq.

Oxu.Az xəbər verir ki, Madrid “Real”ı ilə “Barselona” bu gün Bakı vaxtı ilə saat 00:00-da İspaniya Kral Kubokunun yarımfinal mərhələsinin cavab görüşünə çıxacaq.

Matç Madridin “Santyaqo Bernabeu” stadionunda baş tutacaq. Tərəflərin “Kamp Nou”dakı görüşü 1:1 hesabı ilə başa çatıb.

Komandaların heyətində zədəli futbolçu baxımından ciddi problemlər gözə dəymir. Yalnız “Barselona”da braziliyalı yarımmüdafiəçi Rafinya və belçikalı Tomas Fermalenin zədə səbəbindən iştirak etməyəcəyi dəqiqdir. Bundan başqa, “Barselona”da braziliyalı Artur və fransalı Kleman Lanqlenin oynaması sual altındadır. Həmçinin, kolumbiyalı Ceyson Murilyo və qanalı Kevin-Prins Boatenq bu matç üçün sifariş olunmayıb.

Meydan sahiblərində isə Markos Lyorente, İsko, Xesuz Valyexo, Braim Dias və Maryanonun adları sifariş ərizəsinə daxil edilməyib.

İlk görüşlə müqayisədə “Real”ın start heyətində Lyorentenin yerinə braziliyalı Kazemiro çıxacaq. Azərbaycanla oyunlar üçün də Bakıya gələcək uelsli Qaret Beylin isə bu dəfə Lukas Vaskesin əvəzinə meydana ilk dəqiqələrdən qoşulacağı gözlənilir.

“Barselona”da argentinalı Lionel Messi braziliyalı Malkomu bu dəfə ehtiyata göndərəcək. Arturun yerində bu dəfə yarımmüdafiənin mərkəzində çilili Arturo Vidalın, braziliyalı Koutinyonun əvəzinə isə hücumun sol cinahında fransalı Musa Dembelenin oynayacağı ehtimal edilir.

Bu görüşə “Real” nəzəri cəhətdən üstün durumda çıxacaq. Çünki səfərdə 1:1 hesablı nəticə qeydə alınıbsa, demək ki, 0:0 hesablı nəticə də Madrid klubunu finala daşıyacaq. Ancaq təbii ki, dünya futbol azarkeşlərinin əksərinin gözünün olduğu “El Klasiko”nun qolsuz bitəcəyini güman etmək ağılsızlıq olar.

Elə statistika da yuxarıda “Real”ın üstünlüyü və matçın qolsuz başa çatmayacağı ilə bağlı yazdıqlarımızı təsdiqləyir. Belə ki, “Real” İspaniya Kubokunun son 38 matçın 34-də uduzmayıb. Üstəlik, bu komandaların “Santyaqo Bernabeu”da keçirdiyi son səkkiz matçın yeddisində qapılara üç qoldan az top vurulmayıb.

Komandaların son keçirdiyi oyunlar belə nəticələnib:

13.08.2017 İspaniya Superkuboku “Barselona” – “Real” 1:3

17.08.2017 İspaniya Superkuboku “Real” – “Barselona” 2:0

23.12.2017 La Liqa “Real” – “Barselona” 0:3

06.05.2018 La Liqa “Barselona” – “Real” 2:2

25.10.2018 La Liqa “Barselona” – “Real” 5:1

06.02.2019 İspaniya Kuboku “Barselona” – “Real” 1:1

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri