UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin daha bir görüşü İngiltərənin paytaxtı Londonda baş tutub.
Oxu.Az xəbər verir ki, “Totenhem” öz meydanında digər İngiltərə təmsilçisi “Mançester Siti”ni qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.
Bu matçda qonaqların argentinalı hücumçusu Serxio Aquero penaltidən yararlana bilməyib. Meydan sahiblərinin cənubi koreyalı futbolçusu Son Xınq-Min isə qələbə topunu vurub.
Bununla da “şəhərlilər” 14 oyundan sonra məğlub olub.
“Mançester Siti”ni Londonda 14 oyundan sonra məğlub etdilər - VİDEO