May
2019
09:17
145
11
5238
Virtual karabakh

Çempionlar Liqasında erkən final

1 May, 2019
09:17
5238

Çempionlar Liqasında erkən final

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçiriləcək.

Oxu.Az xəbər verir ki, İspaniyanın “Barselona” “Kamp Nou” stadionunda İngiltərə “Liverpul”unu qəbul edəcək.

Bir çoxları bu qarşılaşmanı erkən final da adlandırırlar. 

Maraqlı statistikadır ki, Katalon klubu ÇL-da keçirdiyi oyunların heç birində məğlub olmayıb. İngilislər isə qrup mərhələsindəki bütün səfər oyunlarından məğlubiyyətlə ayrılıb. 

Qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayacaq. 

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyununda  Hollandiyanın “Ayaks” klubu növbəti sensasiyaya imza ataraq, İngiltərənin “Totenhem” klubunu minimal hesabla məğlub edib.

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri