May
2019
17:30
20
79
2855
Virtual karabakh

Bakıdakı “Böyük Dəbilqə”nin mükafat fondu nə qədər olacaq?

2 May, 2019
17:30
2855

Bakıdakı “Böyük Dəbilqə”nin mükafat fondu nə qədər olacaq?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə” (Grand Slam) turnirinin mükafat fondu məlum olub.

Oxu.Az-ın Azərbaycan Cüdo Federasiyasından əldə etdiyi xəbərə görə, mükafat fondu 154 min dollar olacaq.

Beynəlxalq Cüdo Federasiyası tərəfindən təsdiq olunmuş mükafat fonduna əsasən 14 çəki dərəcəsi (yeddi kişi və yeddi qadın cüdoçu) üzrə hər qalibə üç il əvvəl Bakıda keçirilmiş “Böyük Dəbilqə” turnirində olduğu kimi, beş min dollar veriləcək.

Gümüş medalçıların hər birinə üç min dollar təqdim ediləcək. 28 bürünc medalçının hər biri isə 1500 dollara sahib çıxacaq.

Qeyd edək ki, “Böyük Dəbilqə” turniri 10-12 may tarixlərində keçiriləcək. 13-14 may tarixlərində isə paracüdo üzrə Qran Pri yarışı start götürəcək. Həmin turnirin mükafat fondu isə 27 300 dollardır.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri