Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Avropanın 8 ən zəngin futbol liqası
Futbol idmanın nəinki ən mənzərəli, eyni zamanda böyük kapital cəlb edilən ən bahalı növlərindən biridir.
“Deloitte” şirkəti özünün illik “Annual Review of Football Finance 2019” hesabatını təqdim edib ki, bunun da əsasında analitiklər futbol industriyasında maliyyə tendensiyasını araşdırıblar.
Hesabatda bildirilir ki, futbol klubları uğur əldə etmək üçün maliyyə də daxil olmaqla, bütün mümkün vasitələrdən istifadə edirlər.
Oxu.Az Avropanın 8 ən zəngin futbol klubunu təqdim edir:
1.İngiltərə futbol liqası
2017-2018 mövsümünün gəliri: 5 440 mln avro
Klublar öncəki mövsümdən əldə olunan gəliri xərcləyirlər, eyni zamanda da maaşlar 15% artaraq 3,2 mlrd avro təşkil edib. Bu, İngiltərə futbol liqasında maaşların gəlirə nisbətinin 59% təşkil etməyinə gətirib çıxardı. Üç klub 100 mln avronu keçən rekord əməliyyat gəliri barədə hesabat verib.
2. Bundesliqa
2017-2018 mövsümünün gəliri: 3 168 mln avro
Bundesliqa klubları Avropanın “Böyük beşliyinin” bütün liqaları arasında maaşın gəlirə ən az nisbəti ilə (53%) fərqlənirlər, belə ki, maaşların artırılmasına ayrılan vəsait gəlirə müvafiq artırılırdı.
Ümumi xərclər 200 mln avro artıb, belə ki, klublar özlərinin əlavə gəlirlərini yeni istedadlı oyunçuların cəlb edilməsinə və artıq mövcud istedadlı oyunçuların saxlanılmasına investisiya ediblər.
3. “La Liga”, İspaniya Çempionatı
2017-2018 mövsümünün gəliri: 3 073 mln avro
“La Liga” klubları maaşlara edilən xərcləri üç il ardarda 20% artırıblar. Maaşların artımı, demək olar, gəlirin artımı ilə eyni olub. Gəlir isə əsasən 2015-2016 və 2016-2017-ci illərin mövsümləri ərzində aparılan teleyayımlar hesabına artıb.
“La Liga” klublarının ümumi xərcləri ilk dəfə olaraq 2 mlrd avronu keçib. Artım 340 mln avro təşkil edib.
Belə ki, “FC Barcelona”-nın maaşlara edilən xərclər 40% artaraq 500 mln avro təşkil edib, bu da iri müqavilələrin yenilənməsi və transferlərlə bağlıdır.
4. İtaliya Çempionatı
2017-2018 mövsümünün gəliri: 2 217 mln avro
A seriyasının klublarının 2017-2018-ci il mövsümündə maaşlarına edilən xərclər “Böyük beşliyin” klubları arasında ən zəif sürətlə artıb.
Maaşların gəlirə nisbəti 66%-dək azalıb ki, bu da 2005-2006-cı illərin mövsümündən bəri ən aşağı göstəricidir.
Yeddi klub 2017-2018-ci il mövsümündə maaşlara edilən xərclərin azaldılması, ümumi xərclərin isə 5% artması barədə hesabat verib.
5. Fransa Çempionatı
2017-2018 mövsümünün gəliri: 1 692 mln avro
“Ligue 1” klubları 2017-2018-ci il mövsümündə xərclərin sürətlə – öncəki mövsümlə müqayisədə 17% artması barədə hesabat veriblər.
Klublar investisiyalarını oyunçuların maaşlarının artırılması, eləcə də yeni istedadların axtarılmasına yatırıb.
“Marseille” klubunda maaşlara edilən xərclər 43% artaraq, 125 mln avrodan çox olub, PSG-nin maaşlara edilən xərcləri 60 mln avroya yaxın təşkil edib. “Monaco” klubu da xərcləri 30%-dan çox artırıb.
6. Rusiya Çempionatı
2017-2018 mövsümünün gəliri: 813 mln avro
Rusiya premyer-liqası Türkiyə Çempionatını ötərək, Avropada 6-cı yeri tutub. Bu, 33% artıma gətirib çıxaran teleyayım müqavilələrinin bağlanması ilə əlaqədardır.
7. Türkiyə Çempionatı
2017-2018 mövsümünün gəliri: 731 mln avro
Türkiyədə 2017/18 mövsümü yeni teleyayım müqavilələri ilə yadda qalıb. Bu yayımlar nəticəsində növbəti 5 mövsüm ərzində gəlirlər, demək olar, hər mövsümdə 250 mln avroya qədər artıb.
Lakin “Deloitte” analitiklərinin fikrincə, bu müqavilələrin təsirini yalnız növbəti ilin hesabatında dəyələndirmək olacaq. Onlar Türkiyə Liqasının növbəti ildə Avropanın ən zəngin milli liqaları arasında 6-cı yeri tutacağını proqnozlaşdırırlar.
8. Niderland Çempionatı
2017-2018 mövsümünün gəliri: 495 mln avro
Niderland klublarının uğursuzluğu yeni islahatların müzakirəsinə stimul oldu ki, bu da milli futbolda vəziyyəti yaxşıya doğru dəyişə və ölkənin UEFA reytinqində 8-ci yeri tutmağına gətirib çıxara bilər. Lakin buna gəlirləri daha effektli idarə, gənc istedadların inkişaf etdirilməsi, yarışların formatının dəyiişdirilməsi və reklamın artırılması da zəmin yaratmalıdır.
"Fransa" teqi üzrə xəbərlər
- Fransada solçular yenidən Makronun impiçmenti prosedurunu başladıblar
- Fransa vətəndaşı: "Bu sammit qeyri-ciddi ziyarətlərin yeri deyil"
- Ermənistan Parisin Tehran ilə gizli əlaqə kanalı kimi - Fransa xəyanətinin təfərrüatı
- KİV: "Fransa və Böyük Britaniya Rusiyanın daxilinə zərbə endirməyə icazə verdi"
- Yuxunun keyfiyyətini necə yaxşılaşdırmaq olar? - Fransalı alimlərdən qeyri-adi üsul
Rəylər