İngiltərədə Milli Səhiyyə Xidmətinin əməkdaşları maraqlı addımla diqqət çəkib.
Oxu.Az xəbər verir ki, təcili tibbi yardım xidmətinin əməkdaşları reanimasiya şöbəsində çalışan həkim və tibb işçiləri ilə birgə “Liverpul” futbol klubunun mahnısı olan “You’ll Never Walk Alone”u (“Sən heç vaxt tənha gəzməyəcəksən”) oxuyub.
Emotional watching this. So much respect for NHS staff at the best of times, but at the moment, putting their lives on the line to protect us from this virus, wow! Total heroes. #YNWA #NHSHeroes pic.twitter.com/VJlA4WrsXO
— Mary K Foy (@marykfoy) March 26, 2020
Həmin video “Liverpul”un almaniyalı baş məşqçisi Yürqen Kloppu ağladıb. Bu barədə o, klubun rəsmi saytına açıqlama verib:
“Bu, fövqəladə bir şeydir. Dünən xəstəxananın reanimasiya şöbəsində çəkilmiş bu videonu mənə göndərdilər. Onlar “You’ll Never Walk Alone” mahnısını oxuyanda ağladım. İnanılmazdır. Bütün bunlar onu göstərir ki, həmin insanlar həm işləyir, həm də belə yaxşı ruha sahibdirlər.
Onlar digər insanlara kömək etməyə öyrəşiblər. Biz də buna öyrəşməliyik. Çünki, adətən, bizim öz problemlərimiz və işlərimiz olur. Lakin bu, onların işidir, bunu hər gün edirlər. Onlar xəstə, yaralı və əlil insanlara kömək etdikləri üçün özlərini təhlükə altına atırlar. Tibb işçilərinin fədakarlıqları ilə bağlı fikirlərimi sözlə ifadə etməyə çətinlik çəkirəm”.
Qeyd edək ki, Böyük Britaniyada 14 543 nəfər koronavirusa yoluxub. Bu göstərici ilə Avropada beşinci ölkə olan krallıq adasında 759 nəfər dünyasını dəyişib.
Səbuhi Musayev
Rəylər