Bəhreynin paytaxtı Manamada “Brave CF 47: Asian Domination” MMA yarışı keçirilib.
Oxu.Az-ın daha əvvəl bildirdiyi kimi, bu yarışda iki azərbaycanlı MMA döyüşçüsü iştirak edib. Bunlar Aqşin Babayev və onun tələbəsi Əli Quliyevdir.
“Qara Canavar” ləqəbli Ə.Quliyev yaxşı çıxış edib. O özü kimi məğlubedilməz olan hindistanlı Rana Rudra Pratap Sinqlə qarşılaşıb. Döyüşdən əvvəl təşkilatçılara verdiyi müsahibəsində “rəqibimi tanımıram”, “amma birinci raundda onun nəfəsini kəsəcəyəm” demiş Ə.Quliyev sözünə əməl edib.
Azərbaycanlı idmançı döyüşdən əvvəl ona yumruq atmış rəqibini rüsvayçı şəkildə məğlub etdi - FOTO/VİDEO
Səbuhi Musayev