Fev
2022
16:57
177
36
2081
Virtual karabakh

Azərbaycan nümayəndə heyəti Pekində paraddan keçdi - VİDEO

4 Fev, 2022
16:57
2081

Azərbaycan nümayəndə heyəti Pekində paraddan keçdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan nümayəndə heyəti Pekin-2022 Qış Olimpiya Oyunlarının açılış mərasimində paraddan keçib.

Oxu.Az xəbər verir ki, açılışda Azərbaycan bayrağını fiqurlu konkisürən Vladimir Litvintsev daşıyıb.

Azərbaycan Çin heroqlifinə əsasən, paradda iştirak edən 42-ci ölkə olub. Açılışa komandanın şef de-missionu, Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin müdiri Anar Bağırov və məşqçi Aleksey Çetvertuxin də qatılıb.

Tamaşaçılar önündən olimpiadanın vətəni Yunanıstan birinci, Türkiyə ikinci, Malta isə üçüncü keçib.

Xatırladaq ki, Pekin Olimpiadasında Azərbaycanı bir idman növü üzrə 2 idmançı təmsil edəcək. Yarışda fiqurlu konkisürənlər – Vladimir Litvintsev və Yekaterina Ryabova qüvvəsini sınayacaq. Litvintsev fevralın 8-i və 10-da buz üzərinə çıxacaq. Fevralın 15-i və 17-də isə Ryabova mübarizə aparacaq.

Qeyd edək ki, Olimpiadanın bağlanış mərasimi fevralın 20-də olacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri