"Brayton"un paraqvaylı yarımmüdafiəçisi Dieqo Qomes 2017-ci ildən bəri İngiltərə Premyer Liqasında ən uzaq məsafədən qol vuran futbolçu olub.
Oxu.Az "Opta" statistika portalına istinadən xəbər verir ki, "Brayton" oktyabrın 18-də İngiltərə Premyer Liqasının VII turunda "Kristal Pelas"ı 5:0 hesabı ilə məğlub edib.
Qomes görüşün 7-ci dəqiqəsində meydanın mərkəzindən, 51 metr məsafədən topu rəqib qapısına göndərib.
2017-ci ilin noyabrında Ueyn Runi "Everton"un heyətində "Vest Hem"lə oyunda 58 metr məsafədən qol vurmuşdu.
"Brayton"un baş məşqçisi Fabian Hürzeler matçdan sonra bildirib ki, Qomes oktyabrın 10-da "Sanderlend"lə əvvəlki turda keçirilən oyunda da (2:0) eyni zərbəni vurmağa çalışıb, lakin külək buna mane olub.
Qomesin qolu Devid Bekhemin məşhur qollarından birini xatırladıb. Bekhem 1996/1997 mövsümündə "Mançester Yunayted"in "Uimbldon"la oyununda meydanın mərkəzindən qol vurmuşdu.