Bolqarıstanın Plovdiv şəhərində keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatında Azərbaycan idmançıları prinsipial görüşlərdə qalib gəlib.
Oxu.Az xəbər verir ki, 60 kq çəki dərəcəsində yunan-Roma güləşçimiz Nihat Məmmədli finala vəsiqə uğrunda Ermənistan təmsilçisi Tiqran Minasyanı sınağa çəkib.
Görüşün əvvəlindən sonunadək üstünlüyə sahib olan Nihat rəqibinə heç bir şans tanımayıb - 9:0. Nəticədə güləş qaydalarına əsasən, hesab böyük olduğundan, qarşılaşma bitməsinə 1 dəqiqə 3 saniyə qalmış başa çatdırılıb. O, bu gün finalda İrakli Cimistarişviliylə (Gürcüstan) qarşılaşacaq.
Bolqarıstanın Plovdiv şəhərində keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatında Azərbaycan idmançıları prinsipial görüşlərdə qalib gəlib.Oxu.Az xəbər ver...
Qeyd edək ki, Avropa çempionatında mübarizəyə qatılan 6 idmançımızdan 5-i medal qazanıb. Yalnız Adəm Hacızadə (72 kq) medal qazana bilməyib.
Səbuhi Musa
Rəylər