31 
Dek
2022
01:15
413
93
6481
Virtual karabakh

Ronaldu “Ən-Nəsr” klubu ilə müqavilə imzaladı - RƏSMİ + FOTO

31 Dek, 2022
01:15
6481

Ronaldu “Ən-Nəsr” klubu ilə müqavilə imzaladı - RƏSMİ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Portuqaliyalı hücumçu Kriştianu Ronaldu “Ən-Nəsr”la müqavilə imzalayıb.

Oxu.Az xəbər ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Qızıl top”un beşqat qalibinin sözləşməsi 2025-ci ilədək nəzərdə tutulub. 37 yaşlı hücumçunun sponsorluq gəlirləri ilə birlikdə illik qazancının 200 milyon avro olması gözlənilir.

Forvard 22 noyabr 2022-ci ildən azad agent kimi fəaliyyət göstərir. Ronaldunun son komandası “Mançester Yunayted” olub. O, jurnalist Pirs Morqanla qalmaqallı müsahibəsindən sonra ingilis komandasını tərk edib. Futbolçu bu mövsüm “Mançester Yunayted”in heyətində 16 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

“Portal Transfermarkt” hücumçunun dəyərini 20 milyon avro olaraq qiymətləndirir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri