Yan
2023
14:06
170
38
4315
Virtual karabakh

Donald Gerye Azərbaycana qayıdır

3 Yan, 2023
14:06
4315

Donald Gerye Azərbaycana qayıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda Kiprin “Olimpiakos” klubunda forma geyinən Donald Gerye Azərbaycan Premyer Liqasına qayıda bilər.

Sportlife.az-ın məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi “Sumqayıt”la ümumi razılıq əldə edib. Tərəflər futbolçunun azad agent olmasını gözləyir.

Kipr təmsilçisi ilə may ayına qədər müqaviləsi olan futbolçu klubla sözləşməsinə qarşılıqlı razılıqla xitam verməyə çalışır. Azad agent statusu aldıqdan sonra haitili futbolçu “Sumqayıt”la müqavilə imzalayacaq. 

Məlumata görə, keçid yaxın günlərdə rəsmiləşəcək.

Qeyd edək ki, Donald Gerye 2017 - 2019-cu illərdə “Qarabağ”ın şərəfini qoruduqdan sonra “Neftçi”yə keçib. O, 2020/2021 mövsümünün əvvəlində Ağdam klubuna qayıdıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri