Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Məhəmməd Abdullayev: “Zədələrim mənə çox çətinlik yaratdı”
“III Avropa Oyunlarında finaladək irəlilədiyim və Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandığım üçün xoşbəxtəm”.
Bunu apasport.az-a açıqlamasında III Avropa Oyunlarında boks yarışının gümüş medalçısı Məhəmməd Abdullayev (+92 kq) deyib.
Finalda böyük britaniyalı Delişes Oriyə məğlub olaraq ikinci yeri tutan dünya çempionatının mükafatçısı bildirib ki, həlledici görüşdə iştirak etməyin özü də bir fəxrdir:
“Əlimdən gələni etdim. Etiraf edim ki, yorğunluq var idi. Əsas məqsədim Paris-2024 Yay Olimpiya Oyunlarında bunun əvəzini çıxmaq və qızıl medal qazanmaqdır. Zədələrim mənə çox çətinlik yaratdı. Hər döyüşdə zədələrim açılır və qanayırdı. Olimpiadaya hazırlıq üçün Azərbaycan Boks Federasiyası xüsusi plan hazırlayacaq. Mən bildiyim qədər, ABŞ və digər ölkələrdə təlim-məşq toplanışları təşkil olunacaq”.
Rəylər