Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Adrian Mutu “Fənərbağça” ilə oyundan sonra: “Neftçi” bu il fərqli, daha güclü komanda olacaq”
“Bizim üçün yaxşı sınaq idi. Komandanın performansından razı qaldım”.
Oxu.Az xəbər verir ki, bunu “Match TV” Kubokunun sonuncu matçında Türkiyənin “Fənərbağça” klubuna məğlub olan (0:1) “Neftçi”nin baş məşqçisi Adrian Mutu deyib.
Rumıniyalı mütəxəssis oyunsonrası mətbuat konfransında irəli baxmalı olduqlarını bildirib:
“Çox qısa müddətdir, buradayam. Cəmi iki gündür. Təbii ki, biz ən yaxşı fiziki formada deyilik. Ancaq düşünürəm ki, hazır olacağıq. İrəli baxmalıyıq”.
Çalışdırıcı turnirin “Neftçi” üçün faydalı olduğunu qeyd edib:
“Turnirdən xoşum gəldi. Belə matçlar futbolçular üçün faydalıdır. Güclü rəqiblərin olması yaxşıdır”.
Mütəxəssis avrokubokların startına çox az vaxt qalması və yeni transferlərlə bağlı sualı belə cavablandırıb:
“Hər bir məşqçi daha çox vaxtının olmasını istəyər. Eyni zamanda əlində güclü futbolçuların olmasını arzulayar. Klubla bunun üzərində işləyirik. Neçə futbolçu transfer etmək istədiyimi demək istəmirəm. Əlimizdəki oyunçuları da dəyərləndirməliyik”.
A.Mutu “Neftçi”yə gəlməzdən öncə komandanın sabiq çalışdırıcısı, həmyerlisi Laurentsiu Regekampfla danışdığını əlavə edib:
“Təbii ki, onunla danışmışam. Biz sadəcə həmyerli deyilik, həm də dostuq. Ümumi mövzuları müzakirə etdik. Amma mənim üçün başqasının fikrinə düşməkdənsə, öz fikrimi formalaşdırmaq daha vacibdir. Burada sıfırdan yeni layihə həyata keçiririk. “Neftçi” bu il fərqli, daha güclü komanda olacaq. Biz titullar üçün mübarizə aparacağıq”.
"Neftçi PFK" teqi üzrə xəbərlər
- Azarkeşlər "Neftçi" və "Turan Tovuz"u ziyana salıblar
- Azərbaycanlı məşqçi Hindistan klubundan gələn təklifi geri çevirib
- Azərbaycan Premyer Liqasının 13 turunda cəmi yeddi futbolçu bütün oyunlarda sonadək meydanda olub
- Əfsanəvi Ronaldinyo "CineMastercard"da kimsəsiz uşaqlarla görüşüb
- Samir Abasov: "Azarkeşlər nə edirlərsə düz edirlər"
Rəylər