Beynəlxalq Kosmik Stansiyaya uçuş və orada bir ay qalmaq kosmik turistə 59 milyon dollara başa gələ bilər.
Oxu.Az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata əsasən, bu barədə Aeronavtika və kosmik məkanın tədqiqatı üzrə ABŞ-ın milli idarəsinin (NASA) maliyyə direktoru Ceff Devit brifinqdə bildirib.
Qeyd edək ki, NASA cümə günü BKS-nın kommersiya şirkətləri tərəfindən istifadəsinin genişləndirildiyini, eləcə də kosmik turizm, istehsal və marketinq üçün orbital stansiyanın açıldığını elan edib. Agentlik 2020-ci ildən başlayaraq hər il iki qısamüddəli turistik missiya yollamağı planlaşdırır.
Devit əlavə edib ki, orbitdə qalmaq, qidalanmaq, eləcə də həyat təminatı sistemlərindən istifadə üçün ödənişi turist artıq NASA-ya edəcək.
“Kobud desək, bunun bir gecəsi 35 min dollara (ayda bir milyona) başa gəlir”, - deyə Devit bildirib.
Rəylər