"Qanun" nəşriyyatının tərcüməçisi Ziya Muradovun ölümü ilə bağlı xəbər yayılıb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Ziya Muradov Quba ərazisində 17 nəfərlik turist qrupu ilə dağ yürüşündə olarkən həyatını itirib.
Ziya Muradovun bacısı Aytən xanım bildirib ki, hazırda Parisdə yaşayır və qardaşının ölüm xəbərini aldıqdan sonra ailəsinin yaşadığı Qazax şəhərinə gedib.
Onun sözlərinə görə, ailə Ziya Muradovun ölümünün bəzi məqamlarının müəmmalı olduğunu düşünür və hadisənin araşdırılması üçün aidiyyəti qurumlara müraciət edib.
Mərhumun bacısı, həmçinin Ziya Muradovun ölüm səbəbinin dəqiq müəyyənləşdirilməsi məqsədilə onun qəbrinin eksqumasiya olunmasını istədiklərini bildirib.