Böyük Britaniyaya göyərtəsində rekord sayda miqrantın olduğu kiçik qayıq çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Məlumata görə, qayıqda 230 nəfər olub. Bu, indiyədək La-Manş boğazını keçərək Böyük Britaniyaya çatan bir qayıqda qeydə alınan ən yüksək göstəricidir.
Qeyd olunur ki, bir qayıqla La-Manş boğazını keçən insanların sayına görə əvvəlki rekord 165 nəfər olub. Həmin rekord cəmi bir ay əvvəl qeydə alınıb.
Qaynar xətt:
(055) 224 12 12