“Almaniyada bort bələdçilərinin etirazı “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Bakı-Berlin-Bakı istiqamətində mövcud olan müntəzəm uçuşlarına heç bir təsir etməyib”.
Bu barədə Oxu.Az-a açıqlamasında AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.
Qeyd edək ki, Trend-in məlumatına görə, Almaniyada bort bələdçilər etiraz edib və nəticədə 380 reys təxirə düşüb. Təxirə salınan reyslər arasında Berlindən Moskvaya olan reyslər də var. Etirazın səbəbi əmək şəraitinin yaxşılaşdırılması və əmək haqlarının artırılması tələbi ilə bağlıdır.
U.A.
www.oxu.az