Bakıda İtaliyanın Qarda gölü regionunun turistik imkanlarının təqdimatı baş tutub.
Oxu.Az xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutilyo bildirib. Onun sözlərinə görə, ilin əvvəlində İtaliyaya səfər edən azərbaycanlı turistlərinin sayında azalma müşahidə edilib.
“2015-ci ildə biz 10 minə yaxın Azərbaycan vətəndaşına viza vermişik. 2016-cı ildə bu sayın 50% azalması müşahidə edilib. Ümid edirəm ki, 2017-ci ildə biz devalvasiyaya qədərki göstəricilərə yenidən nail olacağıq”, - səfir əlavə edib.
Daha sonra Qarda gölünün yerləşdiyi regionun nümayəndəsi Marko Benedetti 2015-ci ildə gölə 23 milyon turistin səfər etdiyini bildirib. O, qeyd edib ki, regionda çoxsaylı tarixi abidələr, muzeylər var. Onun sözlərinə görə, keçən il Qarda gölünə minə yaxın azərbaycanlı səfər edib.
N.O
www.oxu.az