İyulun 15-dən etibarən Rusiyanın Ulyanovsk vilayətindən Bakıya birbaşa aviareys açılacaq.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu uçuşlar iyulun 15-dən sentyabrın 30-dək yerinə yetiriləcək.
Uçuşlar həftədə bir dəfə - cümə günü baş tutacaq. Uçuşun müddəti 2 saat 45 dəqiqədir.
Bunadək Ulyanovskdan Bakıya Kazan üzərindən uçuşlar yerinə yetirilirdi.