Svetlana Babayeva müqavilənin müddəti bitdiyi üçün “Gazeta.ru”nun baş redaktoru vəzifəsindən gedir.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə “Rambler&Co” holdinqinin press-relizində deyilir.
Babayeva “Gazeta.ru”nun redaksiyasına son üç il ərzində rəhbərlik edib. Onun rəhbərliyi altında nəşr dizaynını dəyişib və yenidən işə başlayıb.
“Rambler&Co” holdinqinin məlumatına görə, Babayevanın baş redaktor olduğu zaman ərzində resursun auditoriyası, o cümlədən də sosial şəbəkələrdə iki dəfədən çox artıb.
Babayeva 2013-cü ilin sentyabrında “Gazeta.ru”nun baş redaktoru təyin edilib. Buna qədər o, “Moskovskie novosti” qəzetinin baş redaktorunun müavini, RİA Novosti-nin Vaşinqton və London şöbələrinə, eləcə də “İzvestiya” qəzetinin siyasi şöbəsinə rəhbərlik edib.