Mar
2019
01:35
27
578
4970
Virtual karabakh

Ermənistan Rusiyadan yeni silahlar alacaq

1 Mar, 2019
01:35
4970

Ermənistan Rusiyadan yeni silahlar alacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan Müdafiə Nazirliyinin nümayəndə heyəti Rusiyada səfərdədir.

Müdafiə nazirinin müavini David Paxçanyanın rəhbərlik etdiyi heyət  rus silahlarının yeni partiyasının tədarük edilməsi barədə danışıqlar aparmaq üçün Moskvaya gedib. 

Bu barədə Sputnik-Ermənistan məlumat yayıb.

Daha öncə Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən David Tonoyan bildirmişdi ki, Rusiya qırıcı təyyarələrin alınması üçün Ermənistana 100 milyon dollar kredit verəcək.

Qeyd edək ki, Ermənistana yeni ixrac kreditinin verilməsinə dair razılıq 2017-ci il oktyabrın 24-də əldə edilib. 

Bu kredit sayəsində Ermənistan Rusiya istehsalı olan hərbi texnika əldə edəcək. Kredit 15 il müddətinə, 3 faizlə veriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri