Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Müdafiə Nazirliyi: Azərbaycan əsgərinin xofu düşməni daim qorxu içində saxlayır
Ermənistan tərəfinin guya Azərbaycan Ordusu bölmələrinin cəbhənin Ağdərə istiqamətində təxribat törətmək cəhdi barədə yaydığı məlumat yalandır, əsası yoxdur və dezinformasiya xarakteri daşıyır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, görünür son zamanlar cəbhə xəttində mövcud sabit vəziyyət Ermənistanın hərbi-siyasi rəhbərliyini qane etmir və bu cür məlumatları yaymaqla erməni xalqının diqqətini öz ölkəsində mövcud olan problemlərdən yayındırmağa çalışır.
Digər tərəfdən isə həmişə olduğu kimi Azərbaycan əsgərinin xofu düşməni daim qorxu içində saxlayır.
"Azərbaycan Ordusu" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər