Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Müdafiə Nazirliyindən İrana zərbə endirən hərbi təyyarə ilə bağlı AÇIQLAMA
Müdafiə Nazirliyi İrana hava zərbələri endirdiyi iddia edilən və Rusiyanın “Konteyner” RLS-i tərəfindən aşkar olunan naməlum hərbi təyyarələrin Azərbaycanın hava məkanından istifadə etmələri barədə yayılan məlumata münasibət bildirib.
Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ermənipərəst qüvvələrin yaydığı bu xəbərin heç bir əsası yoxdur və yalandır.
“Bu cür məlumatın yayılması Azərbaycan-İran münasibətlərinə xələl gətirmək məqsədini güdür. Tamamilə aydındır ki, iki ölkə arasında xoş münasibətlərə zərər vurmaq məqsədilə yayılmış məlumat şər və böhtandan başqa bir şey deyil.
Bildiririk ki, Azərbaycan ərazisindən qonşu ölkə olan İran İslam Respublikasına qarşı indiyədək heç bir addım atılmayıb və bundan sonra da atılmayacaq”, - deyə nazirlikdən qeyd edilib.
"İran" teqi üzrə xəbərlər
- Mülki təyyarəni vuran İrana dünya ölkələrindən çağırış
- Suriyadan sonra növbə İrandadır? - "Təkliflər mövcud rejimin ömrünün uzadılması üçün ortaya atılır"
- İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəlib
- İranda yeni radar istifadəyə verilir: Qonşu ölkələrin səması müşahidə ediləcək
- Çində yayılan yeni virus Azərbaycana yaxınlaşır
Rəylər