Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Düşmənin Dondar Quşçuda kənd sakininin evinə mərmi atması ilə bağlı cinayət işi açıldı
Ermənistan Azərbaycan Respublikasının Silahlı Qüvvələri qarşısında növbəti dəfə acizlik nümayiş etdirməklə toqquşmanın intensivləşməsinə nail olmaq, habelə yeni təcavüz aktları həyata keçirmək məqsədilə mülki əhalının sıx yaşadığı əraziləri atəşə tutmaqla, onlara qarşı müxtəlif cinayətlər törətməyə davam edir.
Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat xidməti məlumat yayıb.
Belə ki, iyulun 16-da, saat 06 radələrində Ermənistanın silahlı qüvvələri tərəfindən Tovuz rayonu, Dondar Quşçu kənd sakini Abdullayeva Roza Asif qızına məxsus evə və evin qarşısındakı yardımçı tikiliyə odlu silah mərmisinin atılması və həmin mərminin partlaması nəticəsində zərərçəkmiş şəxsin əmlakı qəsdən məhv edilməklə sonuncuya xeyli miqdarda ziyan vurulub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilməklə maddi sübutlar toplanılıb, dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədi ilə mütəxəssislər cəlb olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 186.2.2-ci (yandırmaqla, partlatmaqla, və ya başqa ümumi təhlükəli üsulla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurulmaqla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədilə zəruri və institusional tədbirlər görüləcək.
"Ermənistan" teqi üzrə xəbərlər
- İrəvan Ermənistanın Rusiyaya olan borcunun bir hissəsinin silinməsini müzakirə edir
- İranlı nazir: "İrəvandakı Göy Məscidi bərpa etməyə hazırıq"
- Nikol Paşinyandan etiraf: "Mən böyük səhv etdim"
- Ermənistan Ukraynaya ordu göndərir?
- Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb