22 
Okt
2020
16:56
1229
52
26339
Virtual karabakh

Qarabağda gedən son döyüşlərin analitik xülasəsi - VİDEO

22 Okt, 2020
16:56
26339

Qarabağda gedən son döyüşlərin analitik xülasəsi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 20-də Azərbaycan Ordusunun Zəngilan rayonunun mərkəzini düşməndən azad etdiyi barədə rəsmi məlumat verildi.

“Caliber” “Youtube” kanalının hazırladığı yeni video təhlildə Azərbaycan Ordusunun işğaldan azad etməyə hazırlaşdığı növbəti strateji yüksəkliklər və yaşayış məntəqələri barədə məlumat verilir.

Qeyd olunur ki, hazırda Qarabağda gedən döyüşlər əsasən iki səmt üzrə inkişaf edir: Zəngilan rayonunun şimal hissəsi və Mincivan qəsəbəsindən qərb istiqamətində yerləşən Bartaz kəndi istiqamətində.  

Ekspertlər əmindirlər ki, qeyd olunan istiqamətdə və Araz çayı boyunca ərazilərin separatçılardan təmizlənməsi uzun çəkməyəcək.

Döyüşlərin uğurlu nəticələnməsi üçün xüsusi əhəmiyyət kəsb edən digər istiqamət Bartaz kəndinin şimal-qərb hissəsində yerləşən dağ silsiləsi və Bəsitçay Dövlət Təbiət Qoruğudur.

Eyni zamanda yaxın günlərdə daha bir strateji əhəmiyyət kəsb edən istiqamət Qubadlı rayonudur.

Məhz bu istiqamətdə dərinliyə doğru irəliləyiş ordumuz üçün geniş əməliyyat imkanları yaradacaq və bəlkə də müharibənin taleyini həll edəcək.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri