23 
Avq
2018
15:59
185
85
2994
Virtual karabakh

Angela Merkel Gürcüstana rəsmi səfərə gəldi

23 Avq, 2018
15:59
2994

Angela Merkel Gürcüstana rəsmi səfərə gəldi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniya kansleri Angela Merkelin Gürcüstana rəsmi səfəri başlayıb.

Oxu.Az xəbər verir ki, Almaniya hökumətinin başçısını gətirən təyyarə Tbilisi Beynəlxalq hava limanına nəzərdə tutulandan 15 dəqiqə tez enib.

Hava limanında Merkel Gürcüstanın baş naziri Mamuka Baxtadze ilə görüşə yollanıb.

Danışıqların yekunu olaraq Merkel və Baxtadze mətbuat üçün birgə bəyanatla çıxış edəcəklər.

Daha sonra Almaniya kansleri Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə görüşəcək.

Xatırladaq ki, Qafqaz turnesi çərçivəsində Merkel həmçinin Yerevan və Bakıya da səfər edəcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri