ABŞ iki ölkə arasında ticarət müharibəsi fonunda Çinə xam neftin idxalını tamamilə dayandırıb.
Oxu.Az “Reuters”ə istinadla xəbər verir ki, bununla bağlı Honkonqda keçirilən sammitdə “China Merchants Energy Shipping” şirkətinin prezidenti Se Çunlin məlumat verib.
“Biz ABŞ neftini Çinə nəql edən ən böyük şirkətlərdən biriyik. Ticarət müharibəsinədək hər şey yaxşı idi, ancaq indi xam neftin idxalı tamamilə dayandırılıb. Bu, prezidenti olduğum şirkətə mənfi təsir göstərəcək”, - o deyib
Agentliyin yaydığı statistikaya əsasən, ABŞ-ın neft ixracı avqustdan sentyabradək 9,7 milyon bareldən 0,6 milyon barelə qədər azalıb. İlin əvvəlində isə hasilat 4,4 milyon bareldən aşağı düşməyib.
2018-ci ilin əvvəlindən Çinlə ABŞ arasında ticarət müharibəsi gedir. Bu müharibə çərçivəsində hər iki ölkə ixrac edilən bəzi məhsullara rüsum tətbiqinə başlayıb.
Oxu.Az yeniləndi!
Rəylər