Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Lukaşenko Paşinyanı itələdi - VİDEO
Dekabrın 6-da Sankt-Peterburq şəhərində MDB-nin qeyri-rəsmi zirvə toplantısı keçirilib.
Rusiya lideri Vladimir Putin B.N.Yeltsin adına prezident kitabxanasında qonaqlarını qarşılayıb.
Oxu.Az-ın məlumatına görə, görüşdə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş nazir v.i.e Nikol Paşinyan, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Soronbay Jeyenbekov, Moldava prezidenti İqor Dodon, Tacikistan prezidenti Emomali Rahmon, Türkmənistan lideri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan prezidenti Şəvqət Mirziyoyev iştirak edib.
Ənənəvi şəkil çəkmə mərasimində kuryoz bir hadisə yaşanıb: Aleksandr Lukaşenko yanında dayanan Nikol Paşinyana dirsəyi ilə vuraraq, ciddi şəkildə ona nələrisə deyir.
Xatırladaq ki, KTMT-nin yeni baş katibinin təyinatı ilə bağlı Yerevanla Minsk arasında gərgin polemika yaranıb.
Belə ki, Ermənistanda yaşanan 1 mart hadisələri ilə əlaqədar açılan cinayət işinə görə, Yuriy Xaçaturov ölkəsinə geri çağırılıb.
Ermənistanın baş nazir v.i.e. Nikol Paşinyan hələ noyabr ayında Belarus və Qazaxıstan prezidentlərindən baş katib haqqında verdikləri bəyanatlarla bağlı izahat istəyəcəyini bildirmişdi.
Ancaq əvvəl Rusiya KİV-də deyildiyi kimi, Nikol Paşinyan Peterburqa gəlişindən sonra sözünün üstündə durmayıb. O yalnız Yerevanda at oynatmağı bacarır. Avrasiya İqtisadi şurasının ali iclasında da erməni baş nazirin “ağzına su alaraq” sakit əyləşdiyini görmək olub.
Oxu.Az yeniləndi!
"Azərbaycan" teqi üzrə xəbərlər
- COP29-da tərəflər 300 milyard dollar vəsaitin ayrılmasına dair RAZILAŞMA ƏLDƏ EDİBLƏR
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib
- COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür barədə qətnamə layihəsi qəbul olundu
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
Rəylər