Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
“Gelandewagen”in hələ beləsi olmayıb - FOTO
Almaniyanın “Mercedes-Benz” avtokonserni Cenevrə avtosalonunda “G-class” sinfindən olan yolsuzluq avtomobilinin yeni, yubiley versiyasını təqdim edib.
“Speedme” nəşrinin məlumatına görə, şirkət “Gelandewagen” istehsalının 40 illiyini qeyd edir.
Nümayiş olunan xüsusi “Gelandewagen” G350 dizel modifikasiyalıdır və 3,0 litrlik mühərrik və doqquz pilləli avtomatik ötürücü qutu ilə təchiz olunub.
Yubiley buraxılışda elektron panel, müasir MBUX multimedia sistemi və bir sıra əlavə elektron köməkçilər yer alır. Yolsuzluq avtomobilinin banına al-qırmızı çalar verilib. Bu komplektasiyadan olan avtomobilin ilkin satış qiyməti barədə hələlik məlumat verilmir.
Rəylər