Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Koronavirusun yayılması ilə bağlı qorxulu yenilik ÜST-ün tövsiyələrini dəyişdirə bilər
Alimlər koronavirusun yayılma yollarını bir daha nəzərdən keçiriblər. Onların sözlərinə görə, zərrəciklər havada düşünüldüyündən daha uzun müddət qala bilər.
Bu barədə “The New York Times” xəbər verib.
Alimlər, həmçinin, Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) müraciət edərək, qurumdan pandemiya tövsiyələrinə düzəliş edilməsini istəyiblər. Sənədi 32 ölkədən 239 tədqiqatçı imzalayıb.
Onların fikrincə, virus havada əvvəlcədən düşündüyündən daha kiçik zərrəciklər formasında ola bilər, bu isə nəfəs alarkən COVID-19 molekullarının bədənə daxil olmasına imkan verir.
Qeyd edək ki, ÜST tövsiyələrində virusun böyük, ağır damlalar formasında olduğu üçün sürətlə səthə çökdüyü bildirilir. ÜST-ün İnfeksiya ilə Mübarizə üzrə texniki direktoru Benedetta Alleqranzinin sözlərinə görə, elm adamları tərəfindən gətirilən dəlillər inandırıcı deyil, bu mövzuda hələ də mübahisələr var.
Koronavirusun düşünüldüyündən də kiçik hissəciklər şəklində olması versiyası sübut olunarsa, ÜST tövsiyələrini dəyişdirmək məcburiyyətində qalacaq.
Belə ki, müəssisədə də maska geyinmək lazım gələcək, həkimlər isə ən kiçik zərrəciklərin keçməsinə imkan verməyən güclü filtrli maska taxmağa məcbur olacaqlar.
Eyni tövsiyə binalara da aid ediləcək: orada daha güclü filtrlər quraşdırmaq, hava dövranını azaltmaq və həmçinin, virusu mütəmadi ultrabənövşəyi şüalarla zərərsizləşdirmək lazım olacaq.
"COVID-19" teqi üzrə xəbərlər
- COVID-19-un daha bir qorxunc fəsadı üzə çıxdı
- Paşinyan Rusiyaya getmir - bəhanəsi var
- Zəiflik, əzələ və baş ağrıları: "Yüngül COVID"i soyuqdəymədən ayırmağın yolları açıqlandı
- Feminist "Yuva" maliyyə sxemlərinin qovşağı olub: 700 minlik oyun
- ÜST Konqoda sirli xəstəliyi araşdırır: 400-dən çox yoluxma, onlarla ölüm
Rəylər