Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu karyerasını başa vurmaq ehtimalından danışıb.
Oxu.Az "Sport Express" nəşrinə istinadən xəbər verir ki, Millətlər Liqasının oyunları üçün yığmanın düşərgəsinə çağırılan 41 yaşlı hücumçu gələcək planları ilə bağlı fikirlərini bölüşüb.
"Bu, mənim son mövsümüm ola bilər. Amma bunu dəqiq bilmirəm. Əgər bədənim və zehnim buna imkan versə, həmçinin yaxşı formada olsam, o zaman nə olacağını deyə bilmərəm. Nələrin baş verəcəyini bilmirəm. Hələ də burada olmağa qadir olduğumu sübut edirəm. Həm klubda, həm də milli komandada hələ də qollar vurduğumu nümayiş etdirmişəm", - deyə jurnalist Fabritsio Romano Ronaldunun sözlərindən sitat gətirib.
Qeyd edək ki, Ronaldu sentyabrın 24-də Uelslə keçiriləcək matçda start heyətində meydana çıxacaq.