23 
İyl
2020
14:37
436
28
6667
Virtual karabakh

Ağciyərləri 100 faiz zədələnən xəstə koronavirusdan sağaldı - FOTO

23 İyl, 2020
14:37
6667

Ağciyərləri 100 faiz zədələnən xəstə koronavirusdan sağaldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağciyərləri 100 faiz zədələnən xəstə koronavirusdan sağalıb.

“Baza” “Telegram” kanalının məlumatına görə, hadisə Rusiyanın Tver vilayətində qeydə alınıb.

Məlumata görə, qadın, həmçinin, ağır sətəlcəmdən və tənəffüs çatışmazlığından əziyyət çəkib.

O, ekstrakorporal membran oksigenləşməsi (ECMO) üsulu sayəsində xilas olunub: 14 gün ərzində ECMO cihazına qoşulan qadın, nəhayət, bu yaxınlarda ayağa qalxıb.

Həkimlərin sözlərinə görə, möcüzə təkcə 100 faiz zədələnən ağciyərlərin sağalmasında deyil, həmçinin, pasiyentin ECMO-dan salamat çıxmasındadır.

Epidemiyadan əvvəl bu cihaz mürəkkəb əməliyyatlar zamanı və yenidoğulmuşların reanimasiyasında istifadə edilib. ECMO-ya uzun müddət bağlı qaldıqda yetkin orqan müstəqil tənəffüs funksiyalarını yerinə yetirməyi dayandırır. Buna görə də reanimatoloqlar tək-tük xəstələri oksigenatordan çıxara bilirlər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri