Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Britaniyalılar kütləvi şəkildə Aİ ərazisinə köçür
Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) ayrılması ölkə vətəndaşlarının dövlətin ərazisini tərk etməsi ilə nəticələnib.
“Guardian” nəşri məlumat verir ki, “Brexit”dən (Britaniyanın Aİ-dən çıxması) sonra ölkəni tərk edən vətəndaşların 30 faizi Avropa dövlətlərinə yerləşiblər.
Bildirilir ki, 2008-2015-ci illərdə 56 832 britaniyalı Avropaya köçdüyü halda, 2016-2018-ci illərdə bu rəqəm 73 642-yə çatıb.
Britaniyalıların ən çox Almaniya vətəndaşlığına keçmək istədikləri məlum olub.
2016-cı ildə “Brexit” səsverməsindən sonra 31 600 britaniyalının Almaniya vətəndaşlığını qəbul etdiyi qeyd olunur.
Xatırladaq ki, 2016-cı ildə Böyük Britaniya vətəndaşları keçirilmiş referendumda 52 faiz səs çoxluğu ilə Aİ-dən ayrılma qərarı qəbul ediblər.
"Aİ" teqi üzrə xəbərlər
- Avropa İttifaqı Azərbaycanla sərhəddə casusluq fəaliyyətini davam etdirir - ANBAAN GÖRÜNTÜLƏR
- Borrel Qərbin Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirməyə gizli icazəsindən danışdı
- Azərbaycan Macarıstanın Avropa İttifaqına sədrliyini alqışlayır
- COP29 çərçivəsində 300-500 milyard dollarlıq yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
- Makron və Borrelin siyasi iflası: Parisin boykot olunan COP29 çağırışı
Rəylər