13 
Avq
2020
12:16
10
59
1185
Virtual karabakh

Trampdan seçki bülletenləri ilə bağlı maraqlı iddia

13 Avq, 2020
12:16
1185

Trampdan seçki bülletenləri ilə bağlı maraqlı iddia

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Prezidenti Donald Tramp ölkədə “poçtla” göndərilən seçki bülletenlərinin “ölülərə, pişiklərə və itlərə” də getdiyini iddia edib.

“Anadolu” agentliyi məlumat verir ki, Rusiya, İran və Çin kimi ölkələrin ABŞ seçkilərinə müdaxilə edəcəyi iddialarına diqqət çəkən Tramp seçkilərdə əsas problemin Çin, İran və ya Rusiya deyil, demokratlar olacağını deyib.

Trampın sözlərinə görə, demokratlar poçt səsverməsi üçün 3,5 milyard dollar tələb edirlər:

“Uzaqdan səsvermə isə ölkə tarixində ən böyük hiylədir”.

Tramp qeyd edib ki, demokratlar istədikləri pulu ala bilməyəcəklər. O, məktubla göndərilən seçki bülletenlərinin etibarlı olmadığını vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri