Ukrayna Prezidenti Vladimir Zelenski belarus həmkarı Aleksandr Lukaşenkonun yerində olsaydı hansı addımı ata biləcəyindən danışıb.
Bu barədə 360 TV xəbər yayıb.
Onun sözlərinə görə, ölkədəki etirazları dayandırmaq üçün yenidən prezident seçkilərinin keçirilməsi münasibdir.
“Təsəvvür edək ki, mən özümdən və xalqın seçimindən əminəm. ...Hər kəsi necə sakitləşdirmək olar? Qəti şəkildə deyərdim: “Bir aydan sonra yeni seçkilər olacaq. Namizədliyimi verirəm. Daha kim iştirak etmək istəyirsə - irəli!”, - deyə Ukrayna lideri bildirib.
Zelenski əlavə edib ki, bu seçkilərə hər cür beynəlxalq müşahidəçiləri dəvət edərdi.
Zelenski Lukaşenkonun yerində olsaydı, hansı addımı atardı? - AÇIQLAMA + VİDEO
Rəylər