Ukrayna Prezidenti Volodimir Zelenski Moskvaya nə vaxt səfər edəcəyi ilə bağlı rusiyalı jurnalistlərin suallarına sərt cavab verib.
Bu barədə Oxu.Az TSN nəşrinə istinadən məlumat verir.
Məlumata görə, Zelenski BMT Baş Assambleyasındakı çıxışından sonra Rusiya KİV nümayəndələrinin Moskvada mümkün danışıqlarla bağlı təxribatçı sualı ilə üzləşib. Ukrayna liderinin cavabı maksimal dərəcədə qısa və kəskin olub.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra rusiyalı jurnalistlər Volodimir Zelenskiyə yaxınlaşaraq onun Moskvaya nə vaxt səfər etməyi planlaşdırdığını soruşublar.
"Raketin üzərində", - deyə öz növbəsində Zelenski istehza ilə cavab verib.