Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Küçələrində avtomobillərin olmayacağı şəhər tikilir
Almaniyanın Berlin şəhərinin yaxınlığında 16 hektar ərazidə avtomobillərin olmayacağı şəhər tikiləcək.
Bu barədə “Welt” nəşri məlumat yayıb.
Şəhər Bukover Felder adlandırılacaq.
Yeni şəhər bütün ekoloji standartlara uyğun qurulacaq və əsas fərqi küçələrində avtomobillərin olmaması olacaq.
Şəhər sakinləri hərəkət üçün velosiped yollarından istifadə edəcək, avtomobilləri saxlamaq üçünsə şəhərin ətrafında xüsusi qarajlar hazırlanacaq.
Şəhərin tikintisinə 2021-ci ildə başlanılacaq. Tikintinin üç il ərzində yekunlaşdırılması planlaşdırılır.
Mənzil şirkətlərindən birinin menecerinin sözlərinə görə, belə şəhərlərin tikintisi olduqca mühümdür, bu gün insanlar sakitlik və rahatlıq istəyirlər.
Rəylər