Noy
2020
14:31
48
234
9490
Virtual karabakh

Vyanada zərərsizləşdirilən terrorçunun kimliyi bilindi

3 Noy, 2020
14:31
9490

Vyanada zərərsizləşdirilən terrorçunun kimliyi bilindi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstriyanın Vyana şəhərində insanlara atəş açan və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aradan qaldırılan terrorçulardan birinin 20 yaşlı alban mənşəli şəxs olduğu ortaya çıxıb.

Bu barədə ölkənin “Falter” qəzetinin baş redaktoru Florian Klenk açıqlayıb.

“Terrorçularla bağlı bəzi təfərrüatı öyrəndim. O, 2000-ci il təvəllüdlü Kurtin S.-dir, 20 yaşındadır, Vyanada doğulub böyüyüb, alban mənşəlidir. Valideynləri Şimali Makedoniyadandır və onların islamçılığa qarışdıqları barədə məlumat yoxdur”, - deyə o, “Twitter”də yazıb.

Jurnalistin sözlərinə görə, cinayətkar Suriyaya getmək istəyən 90 avstriyalı islamçıdan biri olduğu üçün daxili kəşfiyyatda tanınıb.

Xatırladaq ki, Vyanada silahlı şəxslərin insanlara hücumu nəticəsində dörd nəfər ölüb, 18 nəfər yaralanıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri