Dek
2022
12:18
307
93
6457
Virtual karabakh

Moskvada ticarət mərkəzindəki yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO

9 Dek, 2022
12:18
6457

Moskvada ticarət mərkəzindəki yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada Moskva yaxınlığındakı OBI hipermarketində yanğın söndürülüb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

10:29

Ximkidə OBI hipermarketinin mühafizəçisi yanğın nəticəsində ölüb.

Rusiya Fövqəladə Hallar Nazirliyi bu məlumatı təsdiqləyib.

Hazırda yanğın lokallaşdırılıb.

İlkin məlumatlara görə, hipermarketdə baş verən yanğına səbəb binada aparılan qaynaq işləri olub.

08:56

Rusiyanın Moskva vilayətində “Meqa Ximki” ticarət mərkəzinin yerləşdiyi binada yanğın baş verib.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin rəsmi saytında məlumat verilib.

Yanğın 7000 kvadratmetr ərazini əhatə edir. Binanın dam örtüyü yanır. Təxliyə həyata keçirilməyib. Zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Əraziyə cəlb edilən yanğınsöndürənlər alovu söndürmək üçün tədbirlər görürlər.

Qeyd edilir ki, “Meqa Ximki” ticarət mərkəzindəki OBI hipermarketində partlayış olub, daha sonra çökmə baş verib. Çökmə sahəsi 5 min kvadratmetr ərazini əhatə edib.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri