Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

WWF nümayəndəsi: "2023-cü il istilik rekordlarını qırdı, 2024-cü il daha pis olacaq"
"2023-cü il temperatur göstəricilərinə görə bütün rekordları qırıb. Amma bu hələ hamısı deyil: 2024-cü il üçün proqnozlar daha qorxuludur. Temperaturun sənaye inqilabından əvvəlki səviyyədən 1.5 dərəcədən çox yüksələcəyi gözlənilir".
Oxu.Az-ın məlumatına görə, bunu Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən mətbuat konfransında Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) iqlim və enerji məsələləri üzrə müavini Stiven Kornelius deyib.
O vurğulayıb ki, bu, qlobal istiləşmənin limitinə çatmaq demək deyil, lakin bu, həyəcan siqnalıdır.
"Biz daha pis və intensiv iqlim təhlükələri görürük - daha uzun istilik dalğaları, böyük daşqınlar, geniş meşə yanğınları… Bütün bunlar isə insan fəaliyyətinin nəticəsidir", - deyə o bildirib.
Ekspert baş verənlərin əsas səbəbləri kimi qazıntı yanacaqların (kömür, neft və qaz) yandırılmasını, həmçinin qeyri-rasional torpaqdan istifadəni və meşələrin qırılmasını göstərib.
"Əgər qlobal istiləşməni 1.5 dərəcə səviyyəsində saxlaya bilməsək, bütün həyatımız və yaşayış vasitələrimiz təhlükə altında olacaq", - deyə Kornelius xəbərdarlıq edib.
Rufina Abdullayeva
"COP29" teqi üzrə xəbərlər
- Əli Əsədov: "Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində rolu daha da güclənib"
- Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olacaq?
- Mehriban Vəliyeva: "Türk və müsəlman dünyası dövlətlərinin BMT TŞ-də təmsil olunmasına ehtiyac var"
- XII Qlobal Bakı Forumunun ilk gününün sonuncu panel müzakirəsi başa çatıb
- Azərbaycan XİN başçısı: "BMT TŞ-nin tərkibi 1940-cı illərin reallığını özündə əks etdirir"