Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Çindən ikinci əl avtomobil ixracı rekordu
2024-cü ildə Çin təxminən 400 min işlənmiş avtomobil ixrac edib ki, bu da əvvəlki illə müqayisədə 45% çoxdur.
Oxu.Az xəbər verir ki, bu barədə Yaponiya "Nikkei" nəşri müvafiq ticarət təşkilatlarının məlumatlarına istinadən yazır.
Bildirilir ki, bu, belə tədarüklər üçün rekord rəqəmdir.
Nəşrin məlumatına görə, Çindən işlənmiş avtomobillərin alınmasına ən çox Mərkəzi Asiya ölkələri və Rusiya maraq göstərir. Qırğızıstan, Rusiya və Özbəkistan Çinin ümumi işlənmiş avtomobil ixracının təxminən yarısını təşkil edir.
Qəzet qeyd edir ki, 2023-cü ildə Çin yeni avtomobillərin ixracına görə Yaponiyanı keçərək dünya lideri olub. Çinin yeni avtomobillərinin artan populyarlığı indi işlənmiş avtomobil bazarına da yayılır.
"Avto-moto" teqi üzrə xəbərlər
- Yeni Çin avtomobili, yoxsa işlənmiş alman maşını? - Ekspertdən izahlı açıqlama
- "Volkswagen"in gəlirləri 30.6% azaldı
- Avtomobildəki cızıqdan qurtulmaq üçün qəpik-quruşa başa gələn üç üsul
- Avtomobilinizi yavaş-yavaş məhv edən gündəlik vərdişlər hansılardır?
- Çin uçan avtomobillərin kütləvi istehsalına başlayacaq