Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Nazir: "Azərbaycan və Gürcüstan müstəqil siyasət həyata keçirir"
"Azərbaycan və Gürcüstan müstəqil siyasət həyata keçirir. Belə olan halda biz hədəfə çevrilirik".
Bunu xarici işlər naziri Ceyhun Bayramov mətbuat konfransında Oxu.Az-ın sualına cavab olaraq deyib.
O bildirib ki, bu, Gürcüstanda parlament seçkisi, Azərbaycanda isə öz ərazilərini azad etməsi fonunda bəhanələrlə yadda qalıb:
"Hətta COP29 kimi böyük tədbirdən istifadə edib Azərbaycanı hücuma məruz qoymuşdular. Amma siyasət milli maraqlara əsaslanırsa, xalqın dəstəyinə əsaslanırsa, hər bir xarici qüvvə böyüklüyündən asılı olmayaraq suveren siyasət qarşısında acizdir.
Hesab edirik ki, Azərbaycan və Gürcüstan bir-birinin inkişafında maraqlıdır. Bizim münasibətlərimiz region olaraq bir-birindən asılıdır deyə qarşılıqlı əmin-amanlıqda maraqlıyıq. İki ölkə də bu istiqamətdə nümunəvi addımlar sərgiləyir. Dünyanın hər bir coğrafiyasında dövlətlər belə siyasət sərgiləsəydi, dünyamız yaşamalı yer olardı".
Mərahim Nəsib
"Ceyhun Bayramov" teqi üzrə xəbərlər
- Azərbaycan və İran XİN başçıları regional məsələləri müzakirə ediblər
- Qazaxıstan prezidenti Azərbaycanın xarici işlər nazirini qəbul edib
- Ceyhun Bayramov Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının baş direktoru ilə görüşüb
- Azərbaycan və Qazaxıstan XİN başçıları arasında geniş tərkibdə görüş keçirilib
- Ceyhun Bayramov Qazaxıstanda rəsmi səfərdədir