Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakı metrosunun iş qrafikində dəyişiklik ediləcək
"Qarabağ" Futbol Klubunun UEFA Avropa Liqasının əsas mərhələsində keçirəcəyi oyunla əlaqədar Bakı metropolitenində iş vaxtı uzadılacaq.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının müraciəti (AFFA) əsasında "Bakı Metropoliteni" QSC-nin paytaxtda təşkil edilən kütləvi tədbirlər planına uyğun olaraq, yanvarın 23-dən 24-nə keçən gecə Bakı metropoliteninin bütün stansiyaları saat 1:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən "Gənclik" stansiyasında bir sıra tədbirlər görüləcək. Oyunun başlanması ərəfəsində stansiyada gücləndirilmiş iş rejimi tətbiq olunacaq, əlavə işçi qüvvəsi ayrılacaq. Zərurət yaranacağı təqdirdə, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq. Qarşılaşmaya tamaşaçı marağı nəzərə alınmaqla, oyun qurtardıqdan sonra sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə stansiya keçidində tənzimləmə tədbirləri görüləcək, qatarların hərəkəti xüsusi qrafiklə təmin ediləcək.
Metronun "Nərimanov" və "28 May" stansiyalarında nəzarət mexanizmləri diqqətdə saxlanılacaq.
"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)" teqi üzrə xəbərlər
- Fernandu Santuş: "Azərbaycan millisinin qapısı yaşından asılı olmayaraq, bütün futbolçulara açıqdır"
- Azərbaycan millisinin yoldaşlıq görüşləri üçün heyəti açıqlandı - Birinci liqadan oyunçu çağırdı
- UEFA Azərbaycan klublarının maliyyə hesabatı haqqında hesabat hazırlayıb
- Azərbaycan millisinin Haiti seçməsi ilə görüşünün saatı bəlli oldu
- Region Liqasında püşkatma mərasimi keçirilib