Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Uşaqlar oyunları böyüklərlə oynamalıdırlar: Valideynlə emosional bağlar mütləqdir
"Uşaqlar dünyanı və ona münasibəti ətrafındakılardan, özəlliklə böyüklərdən öyrənirlər".
Oxu.Az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan "Sağlam radio"da psixoloq Elnarə Baxışlı açıqlayıb.
Onun sözlərinə görə, oyunlar burada planlı ilkin modeldir:
"Bir ayından başlayaraq 3-4 yaşına qədər uşaqların oyun bacarıqlarını böyüklər yönəldir. Yaradıcı oyunlara keçmələri ilə bu proses zəifləyir. Məhz bu dövrdə, yəni bir ayından dörd yaşadək valideynlə uşaq arasında birgə oyun mütləqdir. 3-4 yaşlarından etibarən uşaqlar öz xəyallarını və ətrafdan müşahidə etdiklərini oyunlarda tətbiq etməyə başlayırlar. Valideynlər bu zaman özlərini tam kənarlaşdırmamalıdırlar. Zaman ayırıb mütləq uşaqlarını müşahidə etməlidirlər".
Psixoloq bildirib ki, valideynlər uşağın necə oynamasına, oyuncaqlarla necə davranmasına, nələri izləməsinə və oyunlarda bunları necə tətbiq etməsinə diqqət etməlidirlər:
"Valideynlə uşaq arasında emosional ehtiyacların və duyğu bağlarının möhkəmliyi üçün birgə hərəkətli oyunlar mütləqdir".
"Psixoloq" teqi üzrə xəbərlər
- Mükəmməlliyə cəhd problemlər yarada bilər - Rusiyalı psixoloq perfeksionizmin zərərlərini AÇIQLADI
- İmtahandan öncə abituriyentlərlə necə davranmaq lazımdır? - Psixoloq AÇIQLADI
- Psixoloq: "Bəzi valideynlər uğursuz imtahan nəticələrini uşağın həyatının məhvi sayırlar"
- Deputat: "Məktəb psixoloqları sertifikasiyadan keçirilməlidirlər"
- Məktəb tükənmişliyi, aqressiya, mənəvi sağlamlıq - Şagirdlər hansı testlərdən keçirilməlidirlər?