Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Əziz Ələkbərli: "Qərbi Azərbaycan məsələsi 60 milyonluq azərbaycanlının məsələsidir"
"Biz tarixi torpaqlarımıza, Qərbi Azərbaycan torpaqlarına qayıtmalıyıq. Bu, ümummilli məsələdir. Qərbi Azərbaycan məsələsi 60 milyonluq azərbaycanlının məsələsidir. Kim bu məsələyə laqeyd yanaşırsa, onun sıramızda, Azərbaycanın gələcəyində yeri yoxdur. Hər kəs harada yaşamağından, işləməyindən asılı olmayaraq, bu məsələdə məsuliyyətini dərk etməlidir".
Oxu.Az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən "Qərbi azərbaycanəsilli gənclər: Tarixi yurd və ərazinin milli kimlik məsələlərində yeri" adlı konfransda Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli deyib.
O bildirib ki, Qərbi Azərbaycan həqiqətlərini tam şəkildə ortaya qoymalı, dünyaya çatdırmalıyıq:
"Son 200 ildə Qərbi Azərbaycan torpaqlarında soydaşlarımıza qarşı törədilmiş bütün cinayətləri ortaya qoymaq və dünya ictimaiyyətinə çatdırmaq lazımdır. Ermənilərin Cənubi Qafqaza axını 18-ci əsrdən başlayıb. Gənclərimiz bu həqiqətlərlə silahlanmalı və bunları dünya ictimaiyyətinə çatdırmalıdırlar".
Aləmdə Nəsib
"Qərbi Azərbaycan İcması (QAİ)" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan Xronikası: Aralıq Kolanlı, Aralıq Oxçu, Arbat - türk tarixinin izi
- İcma Ermənistandan ədalət məhkəməsinin müstəqilliyinə xələl gətirmə cəhdinə son verməsini tələb edir
- Ülviyyə Zülfiqar: "Aİ-nin Ermənistandakı missiyası "binokl diplomatiyasına" qəsdən davam edir"
- Qərbi Azərbaycan İcması: "Ermənistanda Azərbaycana qarşı təxribatlar səngimək bilmir"
- İcma sədri: "XIX əsrə qədər regionda ermənilərə aid bir mülk də olmayıb"