Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ülviyyə Zülfiqar: "Aİ-nin Ermənistandakı missiyası "binokl diplomatiyasına" qəsdən davam edir"
"Avropa İttifaqının Ermənistandakı vaxtı razılaşdırılmadan uzadılmış missiyası yenə "binokl diplomatiyası" həyata keçirməklə bölgədə davamlı sülhün yaradılması prosesinə maneçilik törətməkdə davam edir".
Oxu.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Ülviyyə Zülfiqar deyib.
O qeyd edib ki, missiya binoklla qıcıqlandırıcı formada Azərbaycan ərazilərini müşahidə etməklə iki ölkə arasında normallaşma prosesinə zərər vurur:
"Sözügedən missiya "binokl diplomatiyası"nın yaratdığı təsirləri bildiyi halda bu hərəkətlərə qəsdən davam etməklə niyyətinin heç də bölgədə sülhün yaranması olmadığını açıq şəkildə nümayiş etdirmiş olur. Üstəlik, Aİ-nin missiyası, üzərində dayandığı torpaqların vaxtilə Qərbi azərbaycanlıların kompakt şəkildə yaşadığı və sonuncu - 1987-91-ci illər deportasiyasında kütləvi şəkildə qovulduğu ərazilər olduğunu bildiyi halda bir dəfə də olsun bu barədə fikir səsləndirmir, mövqe bildirmir".
Ü.Zülfiqar bir daha Aİ-nin missiyasını bu kimi sülhə əngəl törədən hərəkətlərdən yayınmağa, Qərbi azərbaycanlıların geri qayıdışı ilə bağlı prosesə biganə qalmamağa çağırıb.
"Qərbi Azərbaycan İcması (QAİ)" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan Xronikası: Aralıq Kolanlı, Aralıq Oxçu, Arbat - türk tarixinin izi
- İcma Ermənistandan ədalət məhkəməsinin müstəqilliyinə xələl gətirmə cəhdinə son verməsini tələb edir
- Qərbi Azərbaycan İcması: "Ermənistanda Azərbaycana qarşı təxribatlar səngimək bilmir"
- İcma sədri: "XIX əsrə qədər regionda ermənilərə aid bir mülk də olmayıb"
- Xronika: "Məmmədsadıq Aran Türk dünyasının ən böyük şəxsiyyətlərindən biridir"