Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Hövsanda yol problemi: "Palçıqlı ayaqqabılarla marşruta minməkdən bezmişik"
Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolundakı vəziyyət sakinlərin hərəkətini müşkülə çevirib.
Bununla bağlı Oxu.Az-a şikayət daxil olub.
Qeyd olunub ki, Hövsan yolundakı 84-cü küçənin vəziyyəti acınacaqlı vəziyyətdədir. Yağıntılı havalarda bu küçə ilə hərəkət etmək mümkün deyil:
"Nə uşaqları rahat məktəbə aparıb-gətirə bilirik, nə də özümüz hərəkət edə bilirik. Palçıqlı ayaqqabılarla marşruta minməkdən bezmişik. Taksi gəlmir, maşın gəlmir. Yağış, qar yağanda bilmirik ki, yolu necə gedib başa çıxaq. Qalmışıq belə çıxılmaz durumda. Dəfələrlə həm icra hakimiyyətinə, həm də bələdiyyə nümayəndələrinə müraciət etsək də, baxan yoxdur", - deyə şikayətdə bildirilir.
Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, asfaltsız küçələrin təmiri ilə bağlı Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müvafiq məktubla müraciət ünvanlanıb.
"Qeyd edək ki, asfaltlanmasına ehtiyac olan küçələrdə bu işlərin görülməsi müvafiq dövlət proqramlarına əsasən, planauyğun ardıcıllıqla aidiyyəti icraçı təşkilat tərəfindən yerinə yetiriləcəkdir", - deyə açıqlamada bildirilir.
İcra Hakimiyyətinin cavabına əsasən sorğumuzu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) ünvanladıq.
Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a açıqlamasında bu məsələnin təmsil etdiyi quruma aid olmadığını bildirdi:
"Qəsəbədaxili küçə və yollar agentliyin balansında deyil", - deyə A.Nəcəfli vurğulayıb.
Əzizə İsmayılova
"Azərbaycanda yol problemi" teqi üzrə xəbərlər
- Qəbələnin Kürd kəndinin həll edilməyən problemləri: "Yayda tozdan, qışda palçıqdan gəzə bilmirik"
- İsmayıllıda kənd sakinləri çarəsiz qalıblar: "Aidiyyəti qurumlara müraciət etsək də, baxmadılar"
- Metronun "28 May" stansiyasının qarşısında çökən yol ilə bağlı AÇIQLAMA
- Hacıqabulda yolsuzluq PROBLEMİ: "Dəfələrlə desək də, HƏLL EDƏN YOXDUR"
- "Kənd vergi vermədiyi üçün yola asfalt çəkilmir" - RİH cavabdan yayındı